AMEA ilə Rusiya Təbiət Elmləri Akademiyası arasında müqavilə bağlanıb

AMEA ilə Rusiya Təbiət Elmləri Akademiyası arasında müqavilə bağlanıb
# 12 iyun 2014 15:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və RTEA-nın prezidenti, akademik Oleq Kuznetsov birgə müqavilə bağlayıblar.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müqavilədə iki ölkə arasında təbiət və humanitar elmlər üzrə birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müştərək işlər, həmçinin birgə konfrans, seminar və digər tədbirlərin təşkili, məlumat və elmi texnologiya sahəsində mübadilə məsələləri yer alıb.

Görüşdə neft-qaz texnologiyalarında innovasiyaların tətbiqi də müzakirə edilib.

Qeyd edək ki, payızda bu mövzuya dair Bakıda seminar keçirmək nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR