Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb - VİDEO

Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 13:49 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 18-də saat 15.30 radələrində Lənkəran-Şahağacı şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Sücəddin Yədulla oğlu Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı, 42 BB 105 dövlət nömrə nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Orxan İlqar oğlu Mahmudovun idarə etdiyi özəl şirkətə məxsus “İSUZU” markalı yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”-nin sürücüsü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin avtomobilin sərnişini, sürücünün həmkəndlisi olan 1977-ci il təvəllüdlü Ramin Seydəmir oğlu Sadıqovla “İSUZU”nun sürücüsü yüngül bədən xəsarətləri ilə ambulator müalicəyə buraxılıblar.

İlkin versiya kimi hadisənin “VAZ-2107” markalı avtomobilin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR