Beynəlxalq Cinayət Məhkəməsi Viktor Yanukoviçlə bağlı ilkin təhqiqata başlayıb

Beynəlxalq Cinayət Məhkəməsi Viktor Yanukoviçlə bağlı ilkin təhqiqata başlayıb
# 25 aprel 2014 14:24 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda (Fatou Bensouda) Ukrayna dövlətinin müraciəti əsasında Viktor Yanukoviçin dövründə baş vermiş cinayətlərin araşdırılması məqsədilə ilkin təhqiqata başlayıb. İlkin təhqiqat nəticəsində geniş təhqiqata başlamaq və sonrakı hüquqi addımlar barədə əsas olub-olmadığı müəyyənləşdiriləcək.

Xatırladaq ki, Ukrayna dövləti ölkədə 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-nə qədər baş vermiş cinayət faktları ilə əlaqədar təhqiqata başlanması üçün Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət edib. Həmin dövrdə ölkədə keçirilən kütləvi aksiyalar zamanı 108 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR