Lənkəranda yük maşını minik avtomobilinə çırpılıb, 2 nəfər yaralanıb - FOTO

Lənkəranda yük maşını minik avtomobilinə çırpılıb, 2 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 06 iyun 2014 06:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 01.00 radələrində Ələt-Astara magistralının 203-cü kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubovun idarə etdiyi “ZİL” markalı yük maşını baş yola çıxarkən, sağdan gələn, 28 yaşlı Lənkəran rayon sakini Asif Tağıyevin idarə etdiyi “VAZ-2107 markalı” minik avtomobilinə yol verməyərək ona çırpılıb. Güclü zərbədən “VAZ - 2107” markalı avtomobil deformasiyaya uğrayıb, həmçinin sürücü və onun yanındakı sərnişin, Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya müvafiq tibbi yardım göstərilib.

İlkin versiya kimi qəzanın “ZİL” markalı avtomaşının baş yola çıxarkən sağdan gələn nəqliyyat vasitələrinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticə isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR