Ankarada XIX əsrin Qafqaz müharibəsi mövzusunda beynəlxalq konfrans baş tutacaq

Ankarada XIX əsrin Qafqaz müharibəsi mövzusunda beynəlxalq konfrans baş tutacaq
# 26 sentyabr 2013 11:09 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Sentyabrın 30-da Ankara (Türkiyə) şəhərində “XIX əsrin Qafqaz müharibəsi: Realpolitik və “xatirələr müharibəsi” adlı beynəlxalq konfrans baş tutacaq.

APA-nın məlumatına görə, “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən Türkiyənin İqtisadiyyat və Texnologiyalar Universitetində (TOBB-ETÜ) keçiriləcəyi tədbir Qafqaz tarixin əsas problemlərinə həsr olunmuş birinci bu cür tədbir olacaq.

Konfransa Moskvanın və Rusiyanın Şimali Qafqazda yerləşən respublikalarının, Gürcüstan və Azərbaycanın elmi mərkəzlərin nümayəndələri, Türkiyədən isə ekspertlər, dövlət və ictimai xadimləri qatılacaq.

Konfrans iştirakçıları Qafqazın XIX əsrdəki tarixin əsas problemlərini, onların region üçün törətdiyi fəsadlarını və qüdrətli ölkələrin, xüsusilə Rusiya və Osmanlı imperiyalarının Şimali Qafqazda maraqlarına təsirlərini müzakirə edəcəklər. Bu cür tədbirin təşkili Rusiya, Türkiyə və Cənubi Qafqazdan olan alimlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə, Qafqaz regionu tarixinin dərin və bitərəf öyrənməsinə kömək edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR