Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib

Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib
# 04 aprel 2014 07:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Nazirlikdən APA-ya verilən xəbərə görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən aprelin 16-sı saat 18:00-dək Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün namizədlər Təhsil Nazirliyinə müraciət edə bilərlər. Müsahibə ilə bağlı digər məlumatlar nazirliyin internet saytında (http://edu.gov.az/upload/file/ELAN/2014/04/vakant_02.04.14.pdf) da əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR