Azərbaycanda əhalinin gəlirləri 4,5% artıb

Azərbaycanda əhalinin gəlirləri 4,5% artıb
# 16 aprel 2014 06:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 9,1 mlrd. manata çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2% bəndi üstələyərək 3,2% olub.

Gəlirlərin 70,9%-i son istehlaka, 8,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 8,3 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 4,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR