Bakıda zavodun mühafizə idarəsinin rəisi bədbəxt hadisə nəticəsində ölüb

Bakıda zavodun mühafizə idarəsinin rəisi bədbəxt hadisə nəticəsində ölüb
# 07 dekabr 2013 09:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda zavodun mühafizə idarəsinin rəisi bədbəxt hadisə nəticəsində ölüb. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün “CDİC” Salfet-Kağız Zavodunda qeydə alınıb.


Zavodun mühafizə idarəsinin rəisi, Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Rza Quliyev bıçaqla ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. Nəticədə R. Quliyev qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR