«Nar Mobile»ın bölgələrdəki abunəçiləri üçün yeni bonus kampaniyası keçirilir

«Nar Mobile»ın bölgələrdəki abunəçiləri üçün yeni bonus kampaniyası keçirilir
# 02 sentyabr 2013 14:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Bölgələrdə bonus» kampaniyasına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində ilk ayda bonus dəqiqələr abunəçilərə avtomatik surətdə, sonrakı aylarda isə balanslarını ən azı 2 manat dəyərində artırdıqları təqdirdə təqdim ediləcək. Belə ki, abunəçilər 30 dəqiqəlik bonusdan 30 gün ərzində şəbəkədaxili səsli və görüntülü zənglər üçün istifadə edə bilər.

«Bölgələrdə bonus» kampaniyası Bakı şəhəri və Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində əldə edilən nömrələrə şamil olunur.

Kampaniya ilə bağlı «Nar Mobile» mobil operatorunun veb-səhifəsindən (www.narmobile.az/az/private/campaigns/bonus_in_regions) daha ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR