Göyçay sakinin həyətində narkotik plantasiyası aşkarlanıb - VİDEO

Göyçay sakinin həyətində narkotik plantasiyası aşkarlanıb  - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 02:47 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları Göyçay şəhərinin Ziya Bünyadov küçəsindəki 16 saylı evin həyətinə baxış keçiriblər. Reyd zamanı 54 yaşlı Nəbiyev İsmayil Nəsrəddin oğluna məxsus evin arxa tərəfində xüsusi üsulla əkilib becərilmiş çəkisi 64 kiloqram olan 290 ədən çətənə kolu və mənzildən isə ümumi çəkisi 5 kiloqram 675 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitələri hazırlayan və onun satışı ilə məşğul olan İsmayıl Nəbiyev tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3 maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, İsmayıl Nəbiyev rayonda evlərə dam örtükləri hazırlayan tanınmış dəmirçidir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR