İranda zəlzələ olub

İranda zəlzələ olub
# 01 aprel 2014 11:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Anbarabad rayonuna təsadüf edib.

4.4 bal gücündə olan zəlzələ aprelin 1-də Bakı vaxtı ilə saat 11:37-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Anbarabaddan 24 km, Kahnucdan 36 km və Rudbardan 38 km uzaqlıqda baş verib.

Bundan üç dəqiqə sonra İranın Kirman vilayətinin Anbarabad rayonunda yerin 10 km dərinliyində 4.2 bal gücündə zəlzələ meydana gəlib. Dağıntı və tələfat olmasa da, bölgəyə cüzi ziyan dəyib, köhnə tikililərdə və kərpic evlərdə çatlar yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR