Azərbaycanda avtomobil körpüdən su kanalına düşüb, bir ailənin üç üzvü xəsarət alıb, biri ölüb

Azərbaycanda avtomobil körpüdən su kanalına düşüb, bir ailənin üç üzvü xəsarət alıb, biri ölüb
# 16 sentyabr 2013 16:56 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Bığır kəndində qeydə alınıb. Bığır kənd sakini, 1960-cı il təvəllüdlü Abışov Aydın Allahverən oğlunun idarə etdiyi 23 BX 052 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı minik maşını Yuxarı Şirvan kanalı üzərindəki körpüdən suya düşüb.

Hadisə nəticəsində A. Abışov dünyasını dəyişib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Abışova Lətifə Eldar qızı və qızları - 1989-cu il təvəllüdlü Xalidə Abışova və 1995-ci il təvəllüdlü Şəlalə Abışova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR