Ermənilər Tərtərdə atəşkəsi pozub

Ermənilər Tərtərdə atəşkəsi pozub
# 06 may 2014 12:37 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarındakı mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbiçiləri Tərtər rayonunun işğal altındakı Göyarx kəndindən bir saat ərzində qarşı tərəfi atəş altında saxlayıb. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

Həmin ərəfədə sözügedən istiqamətdə cəbhə xəttinin ermənilərin nəzarəti altında olan hissəsində iki dəfə mina partlayışı qeydə alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR