Dow Jones indeksi 0,3%, S&P 500 indeksi 0,5%, Nasdaq indeksi 1,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 indeksi 0,5%, Nasdaq indeksi 1,1% enib
# 28 yanvar 2014 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 838 bəndədək, S&P 500 0,5% - 1 782 bəndədək, Nasdaq 1,1% - 4 084 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi daşınmaz əmlak bazarı üzrə mənfi statistik göstəricilər fonunda baş verib. Belə ki, ötən ay ABŞ-da 414 min yeni ev satılıb və bu, noyabr göstəricisindən 7%, analitiklərin proqnozlarından isə 9,4% azdır.

Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 1,7% - 6 551 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 349 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 145 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 255,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3677 dollar (+0,01%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR