Azərbaycan parlamenti Beynəlxalq İslam Korporasiyası ilə imzalanmış sazişin ratifikasiyasına hazırlaşır

Azərbaycan parlamenti Beynəlxalq İslam Korporasiyası ilə imzalanmış sazişin ratifikasiyasına hazırlaşır
# 06 dekabr 2013 09:57 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, komitə 6 qanun layihəsinə dəyişikliklərin edilməsi məsələlərinə baxıb. Bu, «Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (IIC) Təsis Sazişinin təsdiq edilməsi», «Dövlət rüsumu haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında», «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» və «Qrant haqqında» qanunlardır.


Komitə sədri Ziyad Səmədzadə «Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi» ilə bağlı qanun layihəsinə dair aparılan müzakirələr zamanı bildirib ki, bu sənəd Azərbaycanın İslam dünyası və İslam Konfransı ölkələri ilə ticarətin maliyyələşməsi və stimullaşdırılmasına bir dəstək olacaq: «Bu qanun layihəsi Azərbaycanın təşkilata üzv olan İslam ölkələri ilə idxal-ixrac əməliyyatlarının stimullaşdıracaq».


Z.Səmədzadə qeyd edib ki, bu qanunun qüvvəyə minməsi Azərbaycanda İslam bankçılığını da inkişaf etdirəcək və bunun üçün yerli bankların kredit cəlb etmək imkanlarını genişləndirəcək.


«Dövlət rüsumu haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında», «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunlara dəyişikliklər isə redaktə xarakterlidir.


Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR