Bakıda Milli Şura aksiya keçirib - YENİLƏNİB

Bakıda Milli Şura aksiya keçirib - <span style="color: red;">YENİLƏNİB
# 15 dekabr 2013 12:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Aksiya Tarif Şurasının bəzi neft məhsullarının və benzinin qiymətində artım olması ilə bağlı qərarına etiraz olaraq keçirilib.

Aksiyanı yazar Şahvələd Çobanoğlu aparıb, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli aksiyada çıxış ediblər.

Daha sonra mitinqin qətnaməsi oxunub.

Milli Şurada təmsil olunan “El” Hərəkatının rəhbərliyindən heç kim aksiyada iştirak etməyib.

Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. Mitinq insidentsiz başa çatıb.

Qeyd edək ki, BŞİH aksiya üçün saat 14.00-16.00 arası vaxt ayırsa da, aksiya saat 15.00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR