Azərbaycanda illik inflyasiya 2%-ə çatıb

Azərbaycanda illik inflyasiya 2%-ə çatıb
# 19 iyul 2013 10:09 (UTC +04:00)

Hesabat dövründə ərzaq məhsullarının qiymətləri 2,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri ötən ayın səviyyəsində qalıb, xidmət tarifləri isə 0,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyun ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 3,3% bahalaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkədə illik inflyasiya 1,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR