Goranboyda “Mercedes” aşıb, 1 nəfər ölüb

Goranboyda “Mercedes” aşıb, 1 nəfər ölüb
# 05 sentyabr 2013 12:57 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 332-ci kilometrliyində, rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb

Bakı şəhər sakini, 41 yaşlı Zaur İbrahimov idarə etdiyi “Mercedes ML” markalı avtomobili yolun sağına aşırıb. Hadisə zamanı avtomobildə sərnişin olan 46 yaşlı Cabir Camalov yerindəcə ölüb, sürücü Zaur İbrahimov isə ağır bədən xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə aparılıb.

Məlumata görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR