Ermənistan prezidentinin iqamətgahı qarşısında bir qadın özünü yandırmağa cəhd edib

Ermənistan prezidentinin iqamətgahı qarşısında bir qadın özünü yandırmağa cəhd edib
# 04 dekabr 2013 14:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Ermənistan prezidentinin iqamətgahı qarşısında bir qadın özünü yandırmağa cəhd göstərib. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, ərazidə keşik çəkən polislər qadını vaxtında görüblər və içində benzin olan şüşəni onun əlindən alıblar. Hadisə yerinə təcili yardım çağırılıb.

Qadının şəxsiyyəti müəyyənləşdirilib. Naxşux Yengibaryan adlı qadın oğlunun qanunsuz həbsinə etiraz olaraq özünü yandırmaq istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR