Könül Quliyeva: “Ümid Partiyası üçün İqbal Ağazadənin qeyd etdiyi 5-3 nəfərdən biri olmamışam”

Könül Quliyeva: “Ümid Partiyası üçün İqbal Ağazadənin qeyd etdiyi 5-3 nəfərdən biri olmamışam”
# 04 iyun 2014 09:08 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ümid Partiyasında sədr müavini postundan və partiya üzvlüyündən istefa verən Könül Quliyeva söyləyib.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında K.Quliyevanın şəxsi işləri və partiyada işlərinin çox olması səbəbindən sədr müavini postundan istefa verdiyini bildirib. K.Quliyevanın sədri müavini postu ilə bərabər üzvlükdən də istefa verməsinə gəlincə, İ.Ağazadə deyib ki, bu da problem deyil, partiyada 50 min üzv var, ayda beşi gəlir, biri gedir. O, belə halların işləri üçün problem yaradan bir şey olmadığını da qeyd edib.

K.Quliyeva isə APA-ya açıqlamasında istefasının şəxsi işləri və partiyada işlərinin çox olmasından qaynaqlanmadığını bildirib: “Düzü, bu barədə heç danışmaq istəmirəm. İstefamın səbəbləri var, zamanı gələndə bununla bağlı bəyanat verəcəyəm. Yəqin ki, bu, tezliklə olacaq. İstefamın QHT sektorunda fəaliyyətimlə bağlı olduğu barədə xəbərlərə gəlincə, mən QHT sektorunda fəaliyyət göstərirəm. Partiyadan uzaqlaşmağın məhz QHT sektoruna getməyimlə bağlı deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR