Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib

Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib
# 16 noyabr 2013 02:10 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaşlardan birinin azyaşlı olduğu, digərinin isə xəstə vəziyyətdə olduğu müəyyən edilib. Xəstə aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR