“Azərbaycan Beynəlxalq Bankı” “Visa PayWave ” kartlarının emissiyasına başlayıb

“Azərbaycan Beynəlxalq Bankı” “Visa PayWave ” kartlarının emissiyasına başlayıb
# 25 iyun 2014 07:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) “Visa İnternational” şirkəti ilə birgə Azərbaycanda ilk dəfə “Visa PayWave” kartlarının emissiyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tətbiqi dünya səviyyəsində genişlənməkdə olan “Visa PayWave” texnologiyası kontaktsız ödənişə əsaslanır. “Visa PayWave” kartı ən təhlükəsiz şəkildə, saniyələr ərzində malların və xidmətlərin haqlarının ödənilməsi imkanını yaradır. 20 manata qədər əməliyyatlar isə PİN kod yığılmadan həyata keçirilir. Ticarət və xidmət müəssisələri, “Visa PayWave” kartlarının qəbuluna başlayaraq müştərilərə yüksək səviyyədə və sürətli xidmət göstərilməsinə, kassalarda növbələrin azalmasına nail olacaq və bu da öz növbəsində Azərbaycanda nağdsız ödənişlərin kütləvi hal almasına səbəb olacaq.

“PayWave” xidməti çərçivəsində quraşdırılacaq POS-terminallar üzrə “Visa PayWave” kartları ilə yanaşı adi qaydada bütün çipli və maqnit zolaqlı kartların (“MasterCard”, “Visa”, “Amex”, “Diners”) qəbulu mümkündür. Beynəlxalq bank tərəfindən artıq 70-ə yaxın ticarət müəssisəsində “PayWave” terminalları quraşdırılıb. Yaxın gələcəkdə bütün mövcud və yeni müştərilərdə kontaktsız terminalların quraşdırılması nəzərdə tutulub.

ABB həmişə olduğu kimi müştərilərinə ən müasir texnologiyalardan yararlanmaq imkanı verir. Artıq bank həm “Visa”, həm də “MasterCard” ödəniş sistemlərinin kontaktsız kartlarının qəbulunu və emissiyasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR