Azərbaycanda rəsmi qeydə alınan əcnəbi əməkçilərin sayı 16% artıb

Azərbaycanda rəsmi qeydə alınan əcnəbi əməkçilərin sayı 16% artıb
# 25 oktyabr 2013 12:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16 297 nəfərə çatıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 15,6% artıb. Hesabat dövründə Fond tərəfindən əlavə olaraq 2 544 nəfər əcnəbi vətəndaşa fərdi uçot hesabı açılıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2%-ni kişilər, 9,8%-ni isə qadınlar təşkil edir.

Ümumilikdə, 99 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 498 nəfərini Türkiyə, 1 762 nəfərini Gürcüstan, 827 nəfərini isə Rusiya vətəndaşları təşkil edir.

Sonrakı yerlərdə İran (532), Hindistan (399), Çin (396), Böyük Britaniya (240), Özbəkistan (185), Pakistan (151), Almaniya (143), Banqladeş (141), Ukrayna (139), Bosniya və Herseqovina (129), Filippin (123), İtaliya (111), Türkmənistan (106), Qazaxıstan (107), ABŞ (101), Malayziya (91) və s. ölkələr qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR