Rusiya xarici işlər nazirinin müavini ilə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi arasında növbəti görüş keçiriləcək

Rusiya xarici işlər nazirinin müavini ilə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi arasında növbəti görüş keçiriləcək
# 16 sentyabr 2013 10:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 19-da Praqada Rusiya xarici işlər nazirinin müavini, XİN-in katibi Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçiriləcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə 2012-ci ilin dekabrında başlamış qeyri-formal dialoq davam etdiriləcək, diplomatik münasibətlərin olmadığı bir şəraitdə iki ölkə arasında əməkdaşlığın mümkün olduğu sahələrdə (ticarət, nəqliyyat, mədəni-humanitar sfera, elm, səhiyyə) əlaqələrin inkişafı müzakirə olunacaq. Gürcüstanda oktyabrın 27-də keçiriləcək prezident seçkilərindən sonra iki ölkə əlaqələrinin perspektivləri haqda da fikri mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR