Orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
# 30 iyun 2014 15:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanın nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR