Nazir müavini: “Təhsil Nazirliyində müəyyən dəyişiklərin aparılmasına ehtiyac var idi” - EKSKLÜZİV

Nazir müavini: “Təhsil Nazirliyində müəyyən dəyişiklərin aparılmasına ehtiyac var idi” - <span style="color: red;">EKSKLÜZİV
# 06 sentyabr 2013 16:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Təhsil Nazirliyində müəyyən struktur və kadr dəyişikliklərinin edilməsini sadəcə, dəyişiklik xətirinə həyata keçirilməsinin tərəfdarı deyilik. Nazirlikdə müəyyən dəyişiklərin aparılmasına ehtiyac var idi”.

Bunu APA-ya eksklüziv açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov son aylar Təhsil Nazirliyindən aparılan struktur və kadr dəyişikliklərinə münasibət bildirərkən deyib. Nazir vurğulayıb ki, bəzi hallarda formal olaraq şöbələrin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun olub-olmaması da nəzərə alınmalıdır. Nazir müavininin sözlərinə görə, qanunvericilikdə hər bir şöbəyə dair müəyyən tələblər var: “Məsələn, hansısa şöbədə işçilərinin sayı 8 nəfərdən, hansısa sektorda işçilərin sayı 3-dən aşağı olmamalıdır. Təhsil Nazirliyində isə şöbələrin sayının həddindən artıq çox olması say və struktur baxımından hökumət tərəfindən müəyyən edilmiş normalara uyğun gəlmirdi. Dəyişiklikləri də etməklə onları qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq istəyirik”.

C. Bayramov bəzi şöbələrin birləşdirilərək daha böyük şöbə yaradılması məsələsinə aydınlıq gətirib: “Məsələn, yeni struktur dəyişiklərinə əsasən Təhsil Nazirliyinin elm və ali və orta ixtisas təhsili şöbəsinin birləşdirilərək böyük Elm, ali və orta ixtisas təhsili şöbəsi yaradılıb. Onların fəaliyyətləri bir-birinə uyğundur və birlikdə daha yaxşı nəticələr göstərə bilər. Ümumilikdə nəticə yönümlü fəaliyyətdən danışırıqsa, o zaman şöbələrin birləşdirilərək yeni strukturların yaradılması daha düzgün qərarlar qəbul etməyə, bu istiqamətdə daha yaxşı fəaliyyət göstərməyə şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR