Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 24 may 2013 14:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nizami Dadaşov naməlum şəxs tərəfindən bıçaqlanıb. N. Dadaşov ağır vəziyyətdə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin müəyyən edilməsi və tutulması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR