Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib
# 14 may 2013 09:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının VI emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda 5 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,197 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Sifarişlər emitent tərəfindən 101,1333% qiymətlə təqdim olunub. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il noyabrın 6-da icra olunacaq.


Qeyd edək ki, AİF-in altıncı emissiyasının ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, tədavül müddəti 10 il, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə 2012-ci il dekabrın 28-də başlanılıb ki, indiyədək 11 mln. manat həcmində istiqraz yerləşdirilib.


Xatırladaq ki, bundan öncə yerləşdirilməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirilməsi 2010-cu il fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirilməsi 2011-ci il yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirilməsi 2011-ci il oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan, yerləşdirilməsinə 2012-ci ilin martın 15-də başlanan və həcmi 30 mln. manat olan AİF-in 5 istiqraz buraxılışı tam yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR