Əbülfəs Qarayev YUNESKO-nun baş konfransının prezidentini qəbul edib - FOTO

Əbülfəs Qarayev YUNESKO-nun baş konfransının prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 29 may 2014 16:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş konfransının prezidenti Hao Pingi qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Ə. Qarayev bildirib ki, ötən il YUNESKO ilə Azərbaycan hökuməti arasında 5 illik Çərçivə Sazişi imzalanıb və bu saziş əsasında Azərbaycan YUNESKO-nun beynəlxalq tədbirlərinə maliyyə dəstəyi ilə çıxış edəcək.

Nazir qeyd edib ki, Azərbaycanın Qobustan qayaüstü abidələri və İçərişəhər kimi tarixi abidələri YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına, muğam, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı və çövkən - Qarabağ atüstü oyunu isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Görüşdə YUNESKO-nun baş konfransının prezidenti, eyni zamanda Çinin təhsil nazirinin müavini, YUNESKO üzrə Çinin milli Komissiyasının direktoru kimi Azərbaycanla sözügedən təşkilat və Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR