Peşə liseylərinin buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri açıqlanıb

Peşə liseylərinin buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri açıqlanıb
# 19 mart 2014 09:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın bütün peşə liseylərinin sonuncu siniflərində təhsil alanlar üçün keçirilmiş buraxılış imtahanında şagirdlərin əldə etdiyi nəticələri açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, ümumilikdə imtahanda 4248 şagird iştirak edib və onlardan 7-si imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib: “Nəticələrə əsasən imtahanda iştirak edən şagirdlərdən 1-i “Riyaziyyat", 3-ü "Ana dili” fənnindən “5” qiyməti alıb. Şagirdlərdən 78-i "Riyaziyyat", 76-sı "Ana dili” fənnindən “4” qiyməti, 1911-i "Riyaziyyat", 2720-si "Ana dili” fənnindən “3” qiyməti, 2258-i isə "Riyaziyyat", 1449-u "Ana dili” fənnindən “2” qiyməti alıb”.

E. Nağızadə qeyd edib ki, bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanında hər iki fəndən 0-7 suala düzgün cavab verənlər “2” qiyməti alıblar. Şagirdlər "Riyaziyyat"dan 8-16, "Ana dili"ndən 8-17 suala düzgün cavab verdikdə "3", "Riyaziyyat"dan 17-24, "Ana dili"ndən 18-25 suala düzgün cavab verdikdə "4", "Riyaziyyat"dan 25-30, "Ana dili"ndən 26-30 suala düzgün cavab verdikdə "5" alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR