Azərbaycan Almaniyada keçirilən “USETEC 2014” sərgisində təmsil olunub

Azərbaycan Almaniyada keçirilən “USETEC 2014” sərgisində təmsil olunub
# 12 may 2014 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mayın 4-7-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) şöbə müdiri Emil Süleymanov və iş adamlarından ibarət nümayəndə heyəti Almaniyanın Köln şəhərində keçirilən istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2014” sərgisində iştirak edib.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, səfərin əsas məqsədi beynəlxalq təcrübənin və yeni texnologiyaların Azərbaycanın iş adamlarına öyrədilməsi, tətbiqi, Almaniyanın ixrac texnikası, avadanlıqları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələləri əhatə edib.

“USETEC 2014” sərgisinin rəsmi açılış mərasimindən sonra nümayəndə heyəti 20-dən çox sahəni əhatə edən şirkətlərin təmsil etdiyi pavilyona baş çəkib, müxtəlif mövzularda müzakirə və söhbətlər aparılıb. Sərgidə görüş keçirən iş adamları əməkdaşlıq perspektivləri, investisiya, ixrac məsələləri ətrafında müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR