Azərbaycan alimi Sakaryada keçirilən simpoziumda iştirak edib

Azərbaycan alimi Sakaryada keçirilən simpoziumda iştirak edib
# 30 iyun 2014 16:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkbərov iyunun 25-dən 27-dək Türkiyənin Sakarya şəhərində keçirilən III Beynəlxalq Tarix Təhsili Simpoziumunda iştirak edib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sakarya Universiteti və Sakarya Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi beynəlxalq tədbirə Türkiyə və xarici ölkələrin 40-dan çox ali məktəbinin alimləri qatılıb.

Simpoziumda Faiq Ələkbərov "Yeni türk tarixinin fəlsəfi əsasları" adlı məruzə ilə çıxış edib. O, məruzəsində yeni türk tarixinin fəlsəfi əsaslarının formalaşmasında alimlərin rolundan danışıb. Bildirib ki, türk tarixi yenidən qiymətləndirilməli, türk mədəniyyəti və türk sivilizasiyası Qərb və Şərq mədəniyyətinə və sivilizasiyasına alternativ olaraq irəli sürülməli, türk dövlətlərinin tarixi, türk tarixi fəlsəfəsi, türk fəlsəfəsinin tədrisi zəruri olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR