Azərbaycan Ombudsmanı Macarıstana gedib

Azərbaycan Ombudsmanı Macarıstana gedib
# 12 noyabr 2013 11:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Noyabrın 13-15-də Macarıstanın paytaxtı Budapeştdə şəhərində Avropa Şurasının dəstəyi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun toplantısı keçiriləcək.

Bu toplantıya dəvət olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Macarıstana yola düşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə 40 ölkənin milli insan hüquqları təsisatlarının nümayəndələri də iştirak edəcəklər.

Toplantının əsas məqsədi milli insan hüquqları təsisatlarının Avropa Şəbəkəsinin vəziyyətini nəzərdən keçirmək və strateji məsələləri müzakirə etməkdən, habelə strateji planla yanaşı, birillik fəaliyyət planını qəbul etməkdən ibarətdir.

Tədbirdə habelə 2012-ci il Əmman Bəyannaməsi və Fəaliyyət Proqramının inkişafının izlənməsi, milli insan hüquqları təsisatlarının Avropa Şəbəkəsinin təcrübəsi ilə bağlı, habelə maliyyə məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda ATƏT/DTİHB tərəfindən milli təsisatlar üçün növbəti ildə keçiriləcək pilot treninq akademiyasının təşkili məsələləri də müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR