İstintaq təcridxanasında nikah mərasimi keçirilib - FOTO

İstintaq təcridxanasında nikah mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2013 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında nikah mərasimi keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahları bağlanılıb. Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah Evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.

Nikahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova öz minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR