Mətbuat Şurası KİV materiallarının monitorinqinin nəticələrini açıqlayıb

Mətbuat Şurası KİV materiallarının monitorinqinin nəticələrini açıqlayıb
# 13 dekabr 2013 09:24 (UTC +04:00)

Şuradan APA-ya verilən məlumata görə, şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi layihədən məqsəd KİV-in bu aktual istiqamətdə mövzularının təqdimatını, jurnalistlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun ölkə ictimaiyyətinə çatdırmalarını, həmçinin onların beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi proseslərə dolğun baxış bucağını formalaşdırmaq yolu ilə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Sentyabr-noyabr aylarını əhatə edən monitorinqə 20 qəzet və 10 internet media resursu cəlb olunub. Monitorinq müəyyənləşdirib ki, ötən müddətdə beynəlxalq münasibətlər mövzusu ilə bağlı ümumilikdə 10375 material gedib. Aylar üzrə bölgü aparsaq, artımın olduğunu görə bilərik - sentyabr 3254, oktyabr 3487, noyabr 3634. 10375 materialın 5294-ü qəzetlərin (aylar üzrə müvafiq olaraq – 1647, 1793, 1854), 5081-i elektron resursların (aylar üzrə müvafiq olaraq – 1607, 1701, 1773) payına düşür. Monitorinqə cəlb olunmuş internet media resurslarının sayı qəzetlərdən iki dəfə az olub. Buna görə də onlarda qeydə alınmış 5081 rəqəmi qəzetlərin 5294 rəqəmindən üstün göstərici sayıla bilər.

Qəzetlərdən beynəlxalq mövzudakı materialların daha çox dərci baxımından ilk beşliyi “525-ci qəzet”, “Xalq cəbhəsi”, “İki sahil”, “Ekspress”, “Şərq” tutur. Elektron media resursları üzrə eyni göstərici baxımdan ilk üçlük belədir: AzərTAc, APA, Trend İA.

Qəzetlərdə və internet media resurslarında beynəlxalq təşkilatlarla əməkdaşlığa dair 2576, Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki təmaslarla bağlı 1710, Avropa ilə münasibətlər, Qərbə inteqrasiya mövzusunda 1691, Azərbaycanın Cənubi Qafqaz regionundakı mövqeyi, qonşuluq münasibətləri ilə əlaqədar 1395, ABŞ və Amerika qitəsi ölkələri ilə əlaqələri nəzərdə tutan 1080, Müstəqil Dövlətlər Birliyi məkanı ilə əlaqələri əks etdirən 912 material gedib. Materialların digər qismi Asiya, Afrika, Avstraliya və Okeaniya hövzəsində yerləşən ölkələrlə əməkdaşlığa aiddir.

Qeyd olunub ki, Mətbuat Şurası mövcud layihə çərçivəsində dekabrın sonlarında “Beynəlxalq münasibətlər mövzusu kütləvi informasiya vasitələrində” adlı konfrans keçirəcək. Eyni zamanda gələn il layihə çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsinin təşkili də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR