Devid Kemeron: “Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərlə fəxr edirəm”

Devid Kemeron: “Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərlə fəxr edirəm”
# 03 iyun 2014 12:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri oxuyub. Baş nazir məktubunda qeyd edib ki, enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir.

D. Kameron bildirib ki, 2013-cü ildə Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə olunub və bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addımdır.

O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb.

Böyük Britaniya və Azərbaycan arasında əlaqələrə toxunan D. Kameron ölkələr arasında ikitərəfli münasibətlərlə fəxr etdiyini vurğulayıb.

Onun sözlərinə görə, mövcud ticarət əlaqələrinin əsasını Azərbaycanın neft-qaz sektoruna böyük sərmayələr yatıran BP kimi şirkətlərlə münasibətlər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR