Bakıda Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib - VİDEO - FOTOSESSİYA

Bakıda Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2013 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri dahi bəstəkarın əsərlərini səsləndirib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin doğum gününün Azərbaycan xalqı üçün musiqi bayramına çevrildiyini bildirib. Nazir qeyd edib ki, Milli Musiqi Günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri Azərbaycana təşrif gətirib: “Bu gün Azərbaycanın musiqi ənənələri davam etməkdədir. Bizim musiqimiz nəinki Azərbaycanda, hətta bütün dünyada zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Azərbaycan musiqisi böyük inkişaf yolu keçib və böyük ənənələr bu gün də davam etməkdədir. Bu böyük musiqi bayramı münasibətilə hamını təbrik edirəm”.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir bəyin həyat və yaradıcılıq yolundan danışıb. Ü.Hacıbəylinin musiqisinin gənc bəstəkarlar üçün ilham mənbəyi olduğunu bildirən F.Əlizadə yubileylə əlaqədar görülən işlər barədə məlumat verib: “Bəstəkarlar İttifaqı da bu böyük bayrama əliboş gəlməyib. Biz Üzeyir Hacıbəyliyə həsr olunan konfrans keçirəcəyik, onun musiqi irsi, publisistik yaradıcılığı haqqında məruzələr edəcəyik”.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Üzeyir Hacıbəyli kimi bir dahi şəxsiyyəti olduğuna görə fəxr etdiyini deyib: “Biz hamımız fəxr etməliyik ki, Üzeyir bəy kimi şəxsiyyətimiz var. Üzeyir bəy müqəddəs insandır, Azərbaycan musiqisinin peyğəmbəridir. Bu böyük bəstəkar olmasaydı, Azərbaycanda nə opera, simfonik musiqi olmayacaqdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR