Xaçmazda avtomobil çaya düşüb, sürücü ölüb - FOTOSESSİYA - VİDEO

Xaçmazda avtomobil çaya düşüb, sürücü ölüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2013 20:22 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Xaçmaz rayonunda Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində VAZ markalı minik avtomobili körpüdən çaya aşıb.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü, 1968-ci il təvəllüdlü Səlimov İlqar Aləmşah oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən İ. Səlimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR