Daxili Qoşunların Baş İdarəsində Heydər Əliyevin doğum günü qeyd olunub - FOTO

Daxili Qoşunların Baş İdarəsində Heydər Əliyevin doğum günü qeyd olunub - <span style="color: red;">FOTO
# 07 may 2014 09:03 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, tarixə müasir Azərbaycanın memarı olaraq düşən H. Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyib, bu yolda qəti addımlar atıb, əməli işlər görüb, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurub.

O, daha sonra qeyd edib ki, H. Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı iqtisadi cəhətdən irəli aparmaqla yanaşı, xalqın mənəvi aləmində, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxarıb.

Heydər Əliyev siyasi kursunun hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən M. Qurbanlı diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, iqtisadiyyatı gündən-günə inkişaf edir, ordumuz güclənir.

Sonra çıxış edən daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Heydər Əliyevin anadan olduğu 10 may tarixinin təqvimə əlamətdar gün kimi daxil olduğunu deyib: “Heydər Əliyev şəxsiyyəti müxtəlif zamanlarda, bir-birinə zidd müxtəlif siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə ürəyi xalqı ilə birgə döyünüb, həmişə doğma Azərbaycana xidmət edib”.

Ş. Məmmədov qeyd edib ki, Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır: “Sovet rejiminin ən kəsərli dönəmində, 1973-cü ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuş ulu öndər bu cəsarətli addımı ilə elə bugünkü ordumuzun təməlini qoyub. O illərdə Azərbaycanda hərbi məktəb yaratmaq və həmin məktəbə azərbaycanlı generalın adını vermək çox böyük risk və cəsarət tələb edirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı generalları məhz Cəmşid Naxçıvanski adına məktəbin məzunlarıdır”.

Komandan bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri Heydər Əliyevin başladığı və prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində gündən-günə daha da möhkəmləndiyini, döyüş qabiliyyətini artırdığını vurğulayıb: “Artıq Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də modern ordusunun olması ilə də diqqəti cəlb edir”.

Mərasim konsert proqramı ilə davam edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR