Həsən Ruhani: “Biz ölkənin inkişafı üçün qərblilərlə qəhvə içirik”

Həsən Ruhani: “Biz ölkənin inkişafı üçün qərblilərlə qəhvə içirik”
# 15 yanvar 2014 19:18 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bildirib ki, hazırda cəmiyyətdə siyasi gərginlik azalıb: “Bəziləri bizim əcnəbilərlə gülməkdən və qəhvə içməkdən xoşumuz gəldiyini fikirləşirlər. Halbiki təbəssüm və etimad mühitinin yaradılması yalnız ölkənin inkişafı üçündür”.

İran prezidenti Cenevrə razılaşmasına da toxunub: “Biz İsrailin bu razılaşmadan narahat olduğunu görürük. Onlar fəryad edirlər və hələ də boş dayanmırlar. Ancaq bölgədəki dostlarımız bu razılaşmanın əhəmiyyətini vurğulayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR