Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarın operası nümayiş etdirilib - FOTO

Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarın operası nümayiş etdirilib - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 06:59 (UTC +04:00)

Bakı – APA. Noyabrın 3-də Heydər Əliyev Mərkəzinin səhnəsində Moskvanın “Helikon-Opera” Musiqili Teatrı artistlərinin ifasında İtaliya bəstəkarı Umberto Cordanonun “Sibir” operasının tamaşası göstərilib.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, tamaşaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da baxıb.

Qeyd edək ki, bu səhnə əsəri iki gəncin çar Rusiyası dövründə Peterburqda başlayan və sürgündə faciəli şəkildə başa çatan məhəbbətindən bəhs edir.

Tamaşanın rejissoru Moskvanın “Helikon-Opera” Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmandır.

İki pərdəli “Sibir” operası Lev Tolstoyun “Dirilmə” romanı əsasında hazırlanıb.

Tamaşanın premyerası 1903-cü il dekabrın 19-da Milanda La Skala teatrında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR