Azərbaycanda daha bir şirkət təkrarsığorta fəaliyyəti göstərmək üçün Maliyyə Nazirliyinə müraciət edib

Azərbaycanda daha bir şirkət təkrarsığorta fəaliyyəti göstərmək üçün Maliyyə Nazirliyinə müraciət edib
# 14 may 2014 10:09 (UTC +04:00)

Bakı – APA-Economics. “Beynəlxalq Sığorta Şirkəti” təkrarsığorta fəaliyyətinə lisenziya almaq üçün Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) müraciət edib. Bu barədə “APA-Economicsə” şirkətdən məlumat verilib.

Şirkətin nizamnamə kapitalının 6 mln. manat artırılaraq 14,8 mln. manata çatdırılması ilə bağlı proses tam yekunlaşıb və Vergilər Nazirliyindən kapitalın artırılmasımı özündə əks etdirən sənəd alınıb.

Proses başa çatdıqdan sonra, şirkət təkrarsığorta lisenziyası almaq və martın 1-dən dayandırdığı təkrarsığorta fəaliyyətini bərpa etmək üçün DSNX müraciət edib. Çünki, şirkətin nizamnamə kapitalı təkrarsığorta ilə bağlı riskləri qarşılamağa imkan verir.

Xatırladaq ki, 2014-cü ildən Azərbaycanda sığorta və təkrarsığorta üzrə fəaliyyətlər tamamilə ayrılıb və təkrarsığorta hüququnun saxlanması üçün sığorta şirkətlərinin əlavə xüsusi lisenziya almaları vacibdir. Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydalara görə, təkrarsığorta fəaliyyəti göstərmək istəyən şirkətin məcmu kapitalı bu il martın 1-dən 7,5 mln. manat, gələn il yanvarın 1-dən isə 10 mln. manat olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR