BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü qeyd edəcək

BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü qeyd edəcək
# 13 sentyabr 2013 14:54 (UTC +04:00)

Bakı - APA. Sabah Böyük Quruluş Partiyası (BQP) Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə dəyirmi masa keçirəcək. Bu barədə APA-ya BQP başqanı, millət vəkili Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa formatında keçiriləcək tədbirdə tanınmış ictimai-siyasi xadimlərin və elm adamlarının iştirakı nəzərdə tutulur: “Sentyabrın 15-də saat 12:00-da isə Şəhidlər Xiyabanında Türk əsgərinin məzarını ziyarət edəcəyik. Bu nə partiya, nə də şəxsi tədbir deyil. Hər kəs iştirak edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR