Mikayıl Cabbarov: “Hazırda ölkədə tətbiq edilən qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır”

Mikayıl Cabbarov: “Hazırda ölkədə tətbiq edilən qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır”
# 16 sentyabr 2013 10:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün yeni dərs ilinin başlanması münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşündə deyib. Nazir bildirib ki, bu islahat adambaşına maliyyələşmə adlanan bir konsepsiyasıdır. Bunun yalnız islahat xatirinə həyata keçirilmədiyini deyən nazirin sözlərinə görə, burada əsas məqsəd ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi, professor-müəllim heyətinin imkanlarının və fəaliyyətlərinin qiymətləndirilməsi və fərqləndirilməsində yeni mexanizmlərinin tətbiqinə nail olmaqdır: “Bu islahat bir çox ali təhsil müəssisələri üçün müsbət nəticə verib. Ali məktəblərin hansı fakültələri yaratmaq, fənləri tətbiq etmək, müəyyən sahələr üzrə peşəkarları hazırlamaq məsələlərində öz qərarvermə səlahiyyətləri olmalıdır. Bu da dövlət tərəfindən tətbiq olunan yanaşmalara yenidən baxılmasını tələb edir. Hazırda ölkədə tətbiq edilən qəbul planı müəyyən mənada ali məktəblərin muxtariyyətini məhdudlaşdırır və onların dəyişən dünyaya, tələbatlara cavab verməsinə imkan vermir”.

Nazir onu da qeyd edib ki, bu gün ölkədəki mövcud qanunvericilik ali məktəb rəhbərlərinin müəllim heyətinin ödəniş prinsiplərini müstəqil şəkildə həyata keçirməyə imkan verir: “Bütün bunları nəzərə alaraq hər bir ali məktəb öz imkanlarını genişləndirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR