ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər
# 17 may 2013 15:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

“Həmsədrlər nazirlərlə görüşdə tərəfləri sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək addımlardan və çağırışlardan qaçmağa çağırıblar. Vasitəçilər nazirlərlə sülh üçün münbit şərait yaradacaq etimad mühitinin formalaşdırılması üçün görülə biləcək bir sıra tədbirləri müzakirə ediblər”. Bəyanatda qeyd olunur ki, həmsədrlər bu məsələləri Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün mayın sonunda regiona səfər edəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR