Bakıda uşaqların insan alveri mövzusunda çəkdiyi üç film nümayiş etdirilib - APA TV

Bakıda uşaqların insan alveri mövzusunda çəkdiyi üç film nümayiş etdirilib - <span style="color: red;">APA TV
# 17 may 2013 10:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Bakıda uşaqlar tərəfindən çəkilmiş insan alveri ilə bağlı üç film nümayiş etdirilib.

APA-nın xəbərinə görə, “Unudulmiş səslər” adlı bu layihə Azərbaycan Uşaqlar Birliyi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin kiçik qrantları hesabına həyata keçirilir.

Layihə haqqında məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edib ki, layihə çərçivəsində Bakının Binəqədi, Sabunçu, Yasamal və Azərbaycanın digər rayonlarında aztəminatlı ailələrlə iş aparılıb, onlara hüquqi və psixoloji yardım göstərilib. Eləcə də aztəminatlı ailələrdən olan insan alverinin potensial qurbanı ola biləcək uşaqlara təlimlər keçirilib, onlara insan alveri və onun təhlükələri haqqında məlumat verilib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar layihənin əhəmiyyətini qeyd edərək, bu işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycan insan alverinə qarşı mübarizədə böyük irəliləyişlər əldə edib. ABŞ bu sahədə həmişə Azərbaycanla sıx əməkdaşlıq edib və bundan sonra əməkdaşlıq daha da genişləndiriləcək. Bu sahədə Azərbaycana yardım göstərmək məqsədilə ABŞ-dan mütəxəssislərin Azərbaycana gəlməsi və eyni zamanda azərbaycanlıların ABŞ-a göndərilməsi davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR