Tacikistanda 2 silahlı toqquşma zamanı 7 milis ölüb

Tacikistanda 2 silahlı toqquşma zamanı 7 milis ölüb
# 04 sentyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Tacikistanda 2 silahlı dəstə ilə atışma zamanı 7 milis əməkdaşı ölüb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisələrdən biri ötən gecə paytaxt Düşənbə yaxınlındakı Vəhdət şəhərində baş verib.

Silahlı dəstənin Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak olub. Milis cavab atəşi açıb, dəstənin rəhbərləri zərərsizləşdirilib. Hücum edənlərdən daha 4 nəfər isə yaralanıb.

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hələlik hadisə rəsmən təsdiq olunmayıb.

Hazırda Düşənbə şəhərində əlavə blokpostlar qurulub. Paytaxtın bütün ictimai binalarının, o cümlədən şəhərə girişin mühafizə sistemi gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR