Lənkəranda 7 yaşlı qızın sırğalarını oğurlayan şəxs tutulub

Lənkəranda 7 yaşlı qızın sırğalarını oğurlayan şəxs tutulub
# 07 sentyabr 2015 09:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda soyğunçuluq faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun şadlıq saraylarının birində toy mərasimi zamanı qeydə alınıb. Naməlum şəxs 7 yaşlı qızın tək olmasından istifadə edərək onun qulaqlarındakı 400 manat dəyərində olan sırğaları çıxararaq aradan çıxıb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verildikdən dərhal sonra əməliyyat-axtarış qrupu yaradılıb. Cəmi bir gün sonra hadisəni törətmiş Lənkəran şəhər sakini, 1977-ci il təvəllüdlü Zəki Xeyrulla oğlu Quliyev şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Dindirmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR