Bostonda baş verən partlayışda ən azı 2 nəfər həlak olub

Bostonda baş verən partlayışda ən azı 2 nəfər həlak olub
# 15 aprel 2013 22:32 (UTC +04:00)

Bakı-APA. Boston marafonunun finiş xətti yaxınlığında baş verən partlayış nəticəsində ən azı 2 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Bu barədə APA New York Post-a istinadən məlumat verir.

Partlayış sonuncu iştirakçının finişi keçməsindən sonra baş verib. Bir neçə saniyədən sonra Bostonun eyni rayonunda ikinci partlayış baş verib. Polis ən azı bir partlayış faktını təsdiq edib.

Boston marafonu dünyanın ən nüfuzlu 5 marafonundan biridir. Bu il 117-ci Boston marafonu keçirilib. Marafonda 24 mindən çox idmançı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR