Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib - FOTO

Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 24 fevral 2015 11:06 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər. Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bölgələrdəki bəzi tarixi mədəniyyət abidələrinin turizm marşrutuna salınması, kitabxanalara yeni kitabların verilməsi, musiqi məktəblərinin yeni musiqi alətləri ilə təminatı və infoturların təşkili, mədəniyyət işçilərinə fəxri adların verilməsi, yerlərdə muzeylərin yaradılması, el sənətkarlığının inkişafı, mədəni irsin təbliği, xatirə tədbirlərinin keçirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib.

Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır. Ə.Qarayev Ağdaş rayonunda keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Ə.Qarayev qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxıldığını və həllinə kömək edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR